[b]Ölkə Kuboku: Yarımfinal cütləri müəyyənləşdi[/b]
15.12.2017 - 21:08
[b]Ölkə Kuboku: Yarımfinal cütləri müəyyənləşdi[/b]

Azərbaycan kubokunda yarımfinalın hər iki cütü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 finalın bu gün keçirilən cavab oyununda “Səbail”i məğlub edən “Qəbələ” “Neftçi”yə rəqib olub.

 

“Qırmızı-qaralar” evdə 1:0, səfərdə 4:2 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb. “Neftçi” isə bir gün öncə səfərdə 0:1 hesabı ilə uduzduğu “Zirə”ni 2 cavabsız qolla keçmişdi.

 

Digər cütdə isə "Sumqayıt" “Keşlə” ilə oynayacaq. “Kəpəz”ə hər iki matçda qalib gələn (2:0, 3:2) bakılıların rəqibi də bu gün bilinib. Öz meydanında “Qarabağ”a şok yaşadan “Sumqayıt” iki oyunun nəticsəinə görə (1:2, 2:0) final uğrunda döyüşməyə haqq qazanıb.

 

Qeyd edək ki, mərhələnin oyunları 11-18 aprel tarixlərində baş tutacaq.

0