“Tətilə xoş hisslərlə gedirik” – Roman Qriqorçuk

“Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk yarını pozitiv, xoş əhval-ruhiyyədə bitirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ!”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Səbail”i 4:2 hesabıyla məğlub edən “qırmızı-qaralar”ın ukraynalı baş məşqçisi görüş haqda fikirlərini açıqlayıb: “Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim”.

 

- Endi Hallidey son vaxtlar az şans qazanır. Qış fasiləsində onun göndərilmək ehtimalı var?

- Hal-hazırda bu barədə nə isə deyə bilmərəm. Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil. Hələ ki, bütün oyunçular bizimlədi.

 

- Birinci oyunda çox qol vəziyyəti yaratsaz da, cəmi bir qol vura bildiz. Bu gün isə ilk qolu siz buraxdız. Bu, rəqibi dəyərləndirməməklə bağlı deyil ki?

- Deməzdim ki, rəqibə ciddi yanaşmamışdıq. Sadəcə, autdan bir top atdılar və səhvə yol verdik.

 

- Millidə çalışacaq Ramin Quliyevi məşqçilər korpusunda kim əvəz edəcək?

- Hələ ki, bəlli deyil.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10