[b]“Beşiktaş”ın transfer hədəfi - Marlos[/b]
16.12.2017 - 15:25
[b]“Beşiktaş”ın transfer hədəfi - Marlos[/b]

“Beşiktaş” qış “transfer pəncərəsi”ndə heyətini gücləndirməyi planlaşdırır. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Şaxtyor”un futbolçusu Marlosla yaxından maraqlanır.

 

Baş məşqçi Şenol Günəş rəhbərliklə söhbətində 29 yaşlı cinah oyunçusunun alınmasını istəyib. Rəhbərlik tezliklə donetsklilərlə danışığa başlayacaq.

 

Braziliya əsilli Marlos milliləşdirilərək, bu ildən Ukrayna yığmasının şərəfini qoruyur.

 

Qeyd edək ki, “sambaçı” 2014-cü ildən “Şaxtyor”da çıxış edir. 

0