[b]Dmitri Nazarov oynadı, komandası qələbəni əldən verdi[/b]
16.12.2017 - 17:52
[b]Dmitri Nazarov oynadı, komandası qələbəni əldən verdi[/b]

Almaniyanın II Bundesliqasında XVIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu da meydana çıxıb.

 

“Haydenhaym”ı qəbul edən kollektiv qələbəni son anda əldən verib. Belə ki, ev sahibləri 8-ci dəqiqədə hesabı açsalar da, 90+1-ci dəqiqədə rəqib tarazlığı bərpa edib – 1:1. Nəticədə komandalar xalları yarı bölüblər.  

 

Nazarov start heyətində yer alıb və oyunu əvəzlənmədən keçirib.

 

Qeyd edək ki, hazırda aktivində 23 xalı olan “Aue” turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. 

0