[b]“Neftçi” məğlubiyyətdən qaçdı, “Araz”dan darmadağın[/b]
16.12.2017 - 19:26
[b]“Neftçi” məğlubiyyətdən qaçdı, “Araz”dan darmadağın[/b]

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ilk dəfə “Olimpik Star”da keçirilən qarşılaşmalar liderlərin qələbəsi ilə əlamətdar olub.

 

Belə ki, turnir cədvəlinin zirvəsində qərarlaşmış “Araz” “FK.İD.Futsal”ı meydana çıxmağa peşman edib. Naxçıvan təmsilçisi 10 qola sevinərkən, rəqiblərinin sadəcə iki qola gücü çatıb.

 

İkinci pillənin “Marafon Futsal” da turu qələbə ilə başa vurub. Sözügedən komanda 5:2 hesabını bayram edib.

 

“Neftçi” isə “Xəmsə” ilə oyunda məğlubiyyətdən qaçaraq bərabərliyə nail olub.

 

Yüksək Liqa

XI tur

16 dekabr

 

“Neftçi” İK – “Xəmsə” – 2:2

Qollar: Davud Xolerdi, 21:43, Tural İsmayılov, 28:52 – Əli Həsənov, 15:30, Əli Əmirov, 17:53

Hakimlər: Elçin Səmədli, Azər Əsgərov, Anar Fərəcov

Hakim-inspektor: Tofiq Şükürov

Olimpik Star

 

“FK.İD.Futsal” – “Araz” 2:10

Qollar: Elvin Quliyev, 18:30, Elşən İbrahimxəlilov, 30:34 – Kardosa Everton, 7:04, Maykon Da Silva, 9:13, T. Thaqo, 13:03, 13:14, İsa Atayev, 15:56, Ramiz Çovdarov, 24:56, 25:50, Ramil Quliyev, 32:08, 36:36, Oqtay Rüstəmli 33:18

Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Azad Hüseynov

Hakim-inspektor: Ağarza Rzayev

 

“Marafon Futsal” – “Yasamal” FK – 5:2

Qollar: Seymur Məmmədov, 3:51, Rüstəm Bağırzadə, 11:16, Hamed Khodaei, 12:56, Məcid Morovati, 26:20, Renat Sultanov, 34:17 – Vüsal Səfərov, 24:43, Mortoza Cahandost, 36 Saat 12:30

Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Kənan Məlikov

Hakim-inspektorlar: Ələkbər Məmmədov

 

Turnir cədvəli

 

1

Araz

9

8

1

0

62-11

25

2

Marafon Futsal

10

8

0

2

43-21

24

3

Neftçi İK

9

4

3

2

32-25

15

4

EKOL

9

4

1

4

21-24

13

5

FK.İD.Futsal

10

2

3

5

28-38

9

6

Yasamal

10

2

0

8

24-61

6

7

Xəmsə

9

0

2

7

23-53

2

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 15 qol

 

0