SİZİN REKLAM BURADA

Hidayət Heydərovdan bürünc medal

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Master” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək yarışın ilk günündə üç idmançımız tatami üzərinə çıxıb.

 

60 kq çəki dərəcəsində yarışan Orxan Səfərov elə ilk görüşdəcə özbək cüdoçu Şarafuddin Lutfillayevə uduzub və çıxışını başa vurub.

 

73 kq-da isə iki idmaçınız gücünü sınayıb. Rüstəm Orucov ilk qarşılaşmasında amerikalı Aleksandr Törnerə qalib gəlsə də, ikinci görüşündə özbək Qiyoscan Boboevə uduzub. Təsəlliverici görüşdə monqolustanlı Odbayar Qanbaatardan zəif olan Rüstəm yekunda 7-ci yerlə kifayətlənməli olub.

 

Eyni çəkidə yarışan Hidayət Heydərov isə turnirdəki ilk medalımızı qazanıb. Gənc cüdoçu əvvəlcə monqol Xadbaar Naranxuyu, ardınca isə isveçli Tommi Maçiası yolundan kənarlaşdırıb. Yarımfinalda Soiçi Naşimotoya uduzan Rüstəm üçüncülük üçün yarışmalı olub. Medal uğrunda görüşdə Odbayar Qanbaatardan Rüstəmin qisasını alan Hidayət bürünc medal qazanıb.

 

Qeyd edək ki, sabah 90 kq çəki dərəcəsində Tural Səfquliyev və Məhəmmədəli Mehdiyev, 100 kq-da Elxan Məmmədov və Elmar Qasımov, +100 kq çəkidə isə Uşanqi Kokouri yarışa qoşulacaqlar.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10