[b]Neva sahillərində Azərbaycan derbisi[/b]
16.12.2017 - 22:16
[b]Neva sahillərində Azərbaycan derbisi[/b]

Qadın voleybolçular arasında Rusiya Superliqasında X tura start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış matçında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su yığmamızın digər üzvü Kseniya Poznyakın çıxış etdiyi “Leninqradka”nın qonağı olub.

 

Qarşılaşma Tatarıstan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. “Dinamo” rəqibini 3:1 (21:25, 20:25, 26:24, 19:25) hesabı ilə məğlub edib.

 

Məmmədova matçda 16, Kseniya isə 9 xal toplayıb.

 

Qeyd edək ki, Kazan təmsilçisi 10 matçda 27 xal toplayıb və birinci pillədə qərarlaşıb.

0