Prosineçki Terimdən bir addım öndə

“Dekabrın 22-də İcraiyyə Komitəsinin iclası olacaq. Həmin toplantıda yığmanın baş məşqçisi postuna namizədləri müzakirə edəcəyik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina Futbol Assosiasiyasının prezidenti Elvedin Beqiç deyib.

 

Mehmed Bajdareviçlə yolların ayrılmasından sonra Bosniya və Herseqovina yığmasının yeni baş məşqçisinin kim olacağı maraqla gözlənilir. Bu posta namizədlər sırasında Azərbaycan millisinin sabiq çalışdırıcısı Robert Prosineçki də var.

 

Ölkəsinin mətbuatına açıqlama verən Beqiç 4 gün sonra baş tutacaq iclasın sırf bu məsələyə həsr olunacağını bildirib: “Toplantıda yeni baş məşqçi seçiləcəkmi? Belə bir məcburiyyətdə deyilik. Amma hər şey mümkündü”.

 

Beqiç namizədlər sırasında Fatih Terim və Sven-Yoran Erikssonun olduğunu təsdiqləyib: “Terim və Erikssonla danışıq aparırıq. Amma onların maddi ehtiyacını ödəmək gücündə olduğumuzu düşünmürəm”.

 

Bosniya mətbuatı Beqiçin bu açıqlamasından sonra yığmanı çalışdırmağa bir nömrəli namizədin məhz Robert Prosineçki olduğunu yazıb.

 

Qeyd edək ki, Bosniya və Herseqovina Futbol Assosiasiyası millinin yeni məşqçisi ilə 2 illik müqavilə imzalayacaq. Bu posta keçəcək şəxs özünü yaxşı tərəfdən göstərsə, onun sözləşməsinin müddəti uzadılacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10