SİZİN REKLAM BURADA

"Keşlə"də baş məşqçi dəyişikliyi: Məmmədovu Maksimov əvəzlədi

“Keşlə” klubunda baş məşqçi dəyişikliyi edilib. Bu barədə apasport.az saytına paytaxt təmsilçisinin prezidenti Zaur Axundov məlumat verib.

 

O bildirib ki, mövsümün ilk yarısının son 4 turunda müvəqqəti olaraq baş məşqçi postuna gətirilən Ramiz Məmmədov əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən aşağı yaş qrupları üzrə koordinator kimi fəaliyyət göstərəcək.

 

Baş məşqçi postuna isə ukraynalı mütəxəssis Yuri Maksimov gətirilib. Axundov 49 yaşlı çalışdırıcı ilə hərtərəfli anlaşdıqlarını söyləyib: “Maksimov həftəsonu Bakıya gələcək və gələn həftə rəsmi müqaviləyə qol çəkəcək. Hələlik anlaşmanın müddəti mövsümün sonuna qədər olacaq”.

 

Qeyd edək ki, futbolçu illərində Ukrayna yığmasının formasını geyinmiş Yuri Maksimov məşqçiliyə 2005-ci ildə Minsk “Dinamo”sunda başlayıb. O, daha sonra müvafiq olaraq MOİK (Kiyev), “Obolon”, “Krivbass”, “Metallurq” (Donetsk), “Mordoviya” və “Taraz” klublarında çalışıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10