SİZİN REKLAM BURADA

“Qalatasaray” baş məşqçisini qovdu

“Qalatarasay”ın baş məşqçisi İqor Tudor istefaya göndərilib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi “Yeni Malatyaspor”a 1:2 hesablı məğlubiyyətdən sonra xorvatiyalı çalışdırıcı ilə yolları ayırmağı məqsədəuyğun sayıb.

 

Dünən İstanbul təmsilçisinin prezidenti Dursun Özbəklə Tudor arasında görüş keçirilib. Uzun çəkən danışıqların sonunda 39 yaşlı çalışdırıcının göndərilməsinə qərar verilib.

 

“Qalatasaray” müqaviləyə birtərəfli xitam verdiyindən, Tudora 400 min avro təzminat ödəyəcək.

 

Qərar bu gün rəsmən açıqlanacaq. "Qalatasaray"ın yeni baş məşqçisi adına namizədlər Fatih Terim, Marselo Byelsa, Loran Blan və Tomas Tuheldi. 

 

Qeyd edək ki, Tudor “Qalatasaray”ın “sükanı arxası”na ötən mövsümün gedişində “Karabükspor”dan keçmişdi.  

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10