“Beşiktaş” məsələsi kökündən yalandı” – Mədətov

“Mahirin “Beşiktaş”a transfer olunması ilə bağlı yayılan xəbər yanlışdı”. Bu sözləri apasport.az saytına “Qarabağ”ın hücumçusu Mahir Mədətovun atası Anar Mədətov deyib.

 

Tanınmış prodüser “Beşiktaş”ın oğlu ilə maraqlanması xəbərinin həqiqətəuyğun olmadığını söyləyib: “Açığı, “Roma” ilə oyundan sonra Mahirin futbolçu karyerası ilə bağlı çox maraqlanmamışam. Belə şeylərə onun klubu baxır. Amma onu deyə bilərəm ki, “Beşiktaş” məsələsi kökündən yalandı”.

 

Anar Mədətov tez-tez xarici klublarla adı hallanan gənc hücumçunun legioner həyatı yaşamaq potensialının olduğunu da sözlərinə əlavə edib: “Oynayan futbolçunun adı xarici klublarla çəkilər. Düşünürəm ki, Mahir xaricdə oynaya bilər. Çünki onun Qurban Qurbanov kimi ağıllı, gözəl məşqçisi var. Uşaqlar ona boş yerə “hoca” demirlər. Təbii ki, həm o, həm də digər məşqçilərimiz yetirmələrinin ölkə xaricində oynamasını istəyərlər. Ancaq bunun üçün gərək konkret təklif olsun. Bəlkə başqa hansısa komandadan təklif var, klub gizli saxlayır. Hər halda bu məsələdə bütün səlahiyyətlər “Qarabağ” rəhbərliyindədi”.

 

Qeyd edək ki, Mahir Mədətov “Qarabağ”a 2015-ci ildə “Bakı”dan keçib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10