SİZİN REKLAM BURADA

“Belə nəticələri qısa zamanda həzm edə bilmirəm” - Nazarov

“Qələbə qazanmağa layiq idik. Amma istədiyimiz nəticəyə imza ata bilmədik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib.

 

27 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi “Aue” klubu II Bundesliqanın XVIII turunda “Haydenhaym”ı qəbul edib. Ev sahibləri 8-ci dəqiqədə hesabı açsalar da, 90+1-ci dəqiqədə qol buraxaraq, 1 xalla kifayətləniblər – 1:1. Bununla da, “Aue” qış fasiləsinə 12-ci pillədə yollanıb.

 

Nazarov Almaniya mətbuatına açıqlamasında matçla bağlı fikirlərini bildirib. Təcrübəli futbolçu qeydə alınan nəticənin onlara pis təsir etdiyini deyib: “Rəqibin bir şansı oldu və ondan istifadə edərək, xal qazandı. Qələbəni son anda əldən vermək tətil əhval-ruhiyyəmizi korlayır. Mən belə nəticələri qısa zamanda həzm edə bilmirəm. Bunu qəbul etməyim üçün bir neçə günə ehtiyacım var”.

 

Qeyd edək ki, “Aue” II Bundesliqada qış fasiləsindən sonra ilk oyununu yanvarın 24-də səfərdə “Düsseldorf”a qarşı keçirəcək.  

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10