Fatih Terim 14-cü ola bilər

İqor Tudorla yollarını ayıran “Qalatasaray” yeni baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, sabiq çalışdırıcı Fatih Terimin adı boş qalmış posta hallandırılır.

 

Azarkeşlərin israrla gətirilməsini tələb etdiyi Terim yenidən doğma komandasına qayıtmağın əleyhinə deyil. Bu baş versə, o, 4-cü dəfə “Qalatasaray”ın “sükanı arxası”na keçəcək.

 

İsiz olan 64 yaşlı çalışdırıcı “sarı-qırmızılılar”la anlaşarsa, karyerasını davam etdirən mütəxəssislər arasında ən yaşlı 14-cü məşqçi olacaq. Hazıda yaşı ən çox olan məşqçi isə “Bavariya”nın 72 yaşlı çalışdırıcısı Yupp Haynkesdi.

 

Ən yaşlı “20-lik”:

Yupp Haynkes (“Bavariya) – 72 yaş

Fabio Kapello (“Çzyansu Sunin”) - 71

Hacı Hacıyev (“Amkar”) - 72

Yuri Syomin (“Lokomotiv”, Moskva) - 70

Roy Hocson (“Kristal Pelas”) - 70

Marçello Lippi (Çin millisi) - 69

Arsen Venger (“Arsenal”) - 68

Luici Delneri (“Udineze”) - 67

Klaudio Ranyeri (“Nant”) - 66

Georgios Paraşos (“Platanias”) - 65

Şenol Günəş (“Beşiktaş”) - 65

Qurban Berdiyev (“Rubin”) - 65

Laslo Boloni (“Royal Antverp”) – 64

Vitor Manuel Oliveyra (“Portimonense”) - 64

Babis Tennes (“Lamia”) - 64

Antti Muurinen (HIFK) - 63

Xorxe Xesus (“Sportinq”) - 63

Aleksandr Tarxanov (“Ural”) - 63

Samet Aybaba (“Sivasspor”) - 62

Kristian Qurkuff (“Renn”) - 62

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10