Kirsan İlyumjinov yenidən FİDE prezidentliyinə namizəd olacaq

Rusiyalı Kirsan İlyumjinov FİDE-nin prezidenti postuna növbəti seçkilərdə namizədliyini irəli sürəcək. Apasport.az saytının məlumatına görə, bir qədər öncə qurumdan uzaqlaşdırılan funksioner seçkilərə bu dəfə yeni komanda ilə qatılacaq.

 

İlyumjinov komandasına ABŞ-dan olan biznesmen Qlenn Smitt, FİDE-nin sabiq xəzinədarı israilli Villi İklikini daxil edəcək. O, indiyədək çalışdığı insanlardan cəmi birinə şans verəcək. İlyumjinov həmçinin sabiq dünya çempionlarından birini də öz komandasına dəvət etmək fikrindədi. FİDE rəhbəri hələlik onun adını açıqlamayıb.

 

Yeni qaydalara əsasən, komandada bir qadın da yer almalıdı ki, İlyumjinov bir neçə xanım arasında seçim apardığını deyib.

 

Qeyd edək ki, gələn ilin sentyabrında keçiriləcək seçkilər Gürcüstanın Batumi şəhərində baş tutacaq. Hələlik isə yalnız İlyumjinov rəsmi namizədliyini irəli sürüb. O, 1995-2017-ci illərdə FİDE prezidenti olub. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10