Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin bütün cütləri bəlli olub. Apasport.az saytının məlumatına görə, 1/16 finalın yekununa əsasən mübarizəni davam etdirəcək komandalar müəyyənləşib.
Belə ki, Azərbaycan çempionu “Lokomotiv” Yunanıstanın “Olimpiakos” klubu ilə üz-üzə gələcək. Komandamız mərhələ adlayacağı halda, “Parnu” (Estoniya) – “Menen” (Belçika) cütünün güclüsü ilə qarşılaşacaq.
1/8 final mərhələsinin cütləri belədi:
“Qazprom-Uqra” (Rusiya) – “Orion” (Hollandiya)
“Karlovarsko” (Çexiya) – “Bioqas” (İsveçrə)
“Olimpiakos” (Yunanıstan) - “Lokomotiv” (Azərbaycan)
“Parnu” (Estoniya) – “Menen” (Belçika)
“Maliye Piyanqo” (Türkiyə) - “Stroitel” (Belarus)
“Montana” (Bolqarıstan) – “Foinikas” (Yunanıstan)
“Styaua” (Rumıniya) – “Lisboa” (Portuqaliya)
“Bunqe” (İtaliya) – “Brno” (Çexiya)
Qeyd edək ki, komandalar arasında ilk matç 16-18 yanvarda, cavab görüşləri 30 yanvar – 1 fevralda olacaq.