[b]“Qarabağ”ın futbolçusu haqqında kitab yazıldı[/b]
24.12.2017 - 16:50
[b]“Qarabağ”ın futbolçusu haqqında kitab yazıldı[/b]

“Qarabağ”ın hücumçusu Dino Ndlovu haqqında kitab yazılıb. Apasport.az saytının məlumatına görə, bu haqda futbolçu sosial şəbəkə hesabından paylaşım edib.

 

Şəxsi “İnstagram” hesabında “Qələbə qolu” adlanan kitabın üz qabığını paylaşan Dino müəllif Sizvi Feys Sitoleyə təşəkkür ünvanlayıb.

 

Kitabın üzərində Ndlovunun Çempionlar Liqasının pley-of mərhələsində “Qarabağ”ın heyətində “Kopenhagen”lə cavab matçındakı qol sevincinin fotosu yer alıb.

 

Fotonun altında isə belə yazılıb: “Bu hissləri supermarketdən ala bilməzsən. Bunun üçün çalışmalısan. Həyatımın ən gözəl anlarından biridir”.

 

Bioqrafiya xarakterli kitaba görə, müəllifə minnətdarlıq edən Dino bunları qeyd edib: “Heç vaxt özümlə belə qürur duymamışdım. Sizvi Feys Sitole, mənə belə böyük layihə kimi yanaşdığın üçün təşəkkür edirəm. Çox həyəcanlıyam”.

 

 

0