[b]“Favoritlər arasında deyilik” – Fransa millisinin sabiq çalışdırıcısı[/b]
26.12.2017 - 15:29
[b]“Favoritlər arasında deyilik” – Fransa millisinin sabiq çalışdırıcısı[/b]

Fransa millisinin və PSJ-nin sabiq baş məşqçisi Loran Blan yayda Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı proqnozlarını verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 52 yaşlı mütəxəssis öz millilərini favorit hesab etmir.

 

O bildirib ki, mundialın qalibi olmağa 3 real namizəd var: “Mən öz yığmamızın şanslarını yüksək qiymətləndirmirəm və Fransanı favoritlər sırasında görmürəm. Dünya çempionluğuna ən real namizədlər İspaniya, Almaniya və Braziliyadı. Onlardan sonra Fransa gəlir. Yalnız futbolçular maksimum güclərini ortaya qoyacaqları təqdirdə, müsbət nəticə göstərmək olar. Yenidən ciddi rəqib kimi qəbul edilməyə başlamışıq ki, bu, müsbət haldı”.

 

Qeyd edək ki, Loran Blan 2010-2012-ci illərdə Fransa yığmasını çalışdırıb.

0