SİZİN REKLAM BURADA

“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

“Komandanı mövsümə mən hazırlamışam. Heyəti də özüm formalaşdırmışam. Lakin 1 həftə əvvəl klubla müqaviləmə xitam verilib”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” voleybol klubunun sabiq baş məşqçisi Ziya Rəcəbov deyib.

 

Gənc mütəxəssis ötən həftə tutduğu vəzifədən ayrılıb. Onun “ağ-qaralar”dan ayrılmasında isə sələfi Elçin Orucov xüsusi rolu olub. Belə ki, Rəcəbovun gəlişindən sonra inzibati direktor təyin olunan çalışdırıcı çempionatın startı ərəfəsində yenidən postuna qayıdıb. Bunu onun istəyi ilə edildiyi bildirilir.

 

Rəcəbov isə klubdan ayrılan zaman hansısa problemlə üzləşmədiyini deyib. Onun sözlərinə görə, komandadan ayrılmasında büdcənin də rolu olub. Çünki Orucov da komandada yer aldığından rəhbərlik hər 2 mütəxəssisi “Neftçi”də saxlamaq istəməyib. Elçinin “Neftçi”ni 8 dəfə ölkə çempionu etməsi, həmçinin əməkdar məşqçi olması əsas gətirilərək, Rəcəbovla yollar qarşılıqlı razılıq əsasın ayrılıb.

 

Qeyd edək ki, “Neftçi” ölkə çempionatının ilk turunda “Lokomotiv”ə 0:3 hesabı ilə məğlub olub. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10