[b]“Olimpiakos”un Bakıda oynayacağı tarix dəqiqləşdi[/b]
30.12.2017 - 13:35
[b]“Olimpiakos”un Bakıda oynayacağı tarix dəqiqləşdi[/b]

Kişi voleybolçulardan ibarət “Lokomotiv”in “Çelenc Cup”ın 1/8 final mərhələsində cavab görüşünün vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Yunanıstanın “Olimpiakos” klubu ilə ikinci matçını fevralın 1-də keçirəcək.

 

Bakıda baş tutacaq oyun 18:00-da start götürəcək. Komandalar Voleybol Mərkəzində üz-üzə gələcəklər.

 

Qeyd edək ki, “Olimpiakos” – “Lokomotiv” oyunu yanvarın 17-də Pireydə olacaq. 

0