[b]Gimnastlarımız ili 96 medalla başa vurdular[/b]
30.12.2017 - 16:24
[b]Gimnastlarımız ili 96 medalla başa vurdular[/b]

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2017-ci ilin hesabatını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən il olduğu kimi bu il də gimnastlarımız üçün uğurlu alınıb.

 

Bu növ üzrə milli komandamız il ərzində qatıldıqları beynəlxalq yarışlarda 96 medala sahib olublar. Bu mükafatlardan 34-ü qızıl, 32-si gümüş və 30-u bürünc olub.

 

İlin önəmli hadisələrindən biri Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Şura iclasında yaşanıb. Belə ki, AGF-in prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-in yüksək mükafatı ilə təltif olunub. Həmçinin AGF-in 3-cü dəfə FIG tərəfindən “Fərqlənən” federasiyaların reytinq siyahısına daxil olub. Bununla da milli federasiyamızın fəaliyyətinin yüksək qiymətləndirilməsi beynəlxalq arenadakı nüfuzumuzu bir daha təsdiq edib.

 

2017-ci ilin dekabrında isə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

0