[b]Dünyanın ən yaxşı komandası - FOTO[/b]
30.12.2017 - 19:44
[b]Dünyanın ən yaxşı komandası - FOTO[/b]

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2017-ci ildə dünyanın ən yaxşı komandalarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 112 ölkədən 517 jurnalistin qatıldığı sorğuda müxtəlif idman növləri üzrə ən yaxşı həm klub, həm də milli komandaların siyahısı açıqlanıb.

 

İlk pilləni “Real” qazanıb. Madrid təmsilçisi səsvermədə iştirak edən seçicilərin 1096-sının (23,55%) səsini qazanıb.

 

İkinci yeri Rusiyada keçirilimiş Konfederasiyalar Kubokunun qalibi futbol üzrə Almaniya yığması tutub. Bundestim 738 nəfərin (15.86%) etimadını qazanıb.

 

İlk üçlüyü basketbol üzrə “Qolden Steyt Varriorz” komandası qapayır. NBA çempionluğunu qazanmış komandaya 601 (12.92%) səs verib.

 

Ən yaxşı komandaların “ilk 10-luğ”u belə tərtib olunub

 

1. “Real Madrid” (futbol, kişilər) - 1096 (23.55%)
2. Almaniya millisi (futbol, kişilər) - 738 (15.86%)
3. “Qolden Steyt Varriorz” (basketbol, kişilər) - 601 (12.92%)
4. Sloveniya millisi (basketbol, kişilər) - 412 (8.85%)
5. Fransa millisi (tennis, kişilər) - 333 (7.16%)
6. Hollandiya millisi (futbol, qadınlar) - 288 (6.19%)
7. Fransa millisi (həndbol, kişilər) - 288 (6.19%)
8. İngiltərə millisi (reqbi, kişilər) - 227 (4.88%)
9. Xorvatiya millisi (su polosu, kişilər) - 189 (4.06%)
10. Rusiya millisi (voleybol, kişilər) - 166 (3.57%)

0