[b]“Qarabağ”ın oynadığı stadiona qoyunlar hücum etdi - VİDEO[/b]
30.12.2017 - 22:41
[b]“Qarabağ”ın oynadığı stadiona qoyunlar hücum etdi - VİDEO[/b]

Madridin “Atletiko” klubunun prezidenti Enriko Serezo İspaniyanın dövlət kanalı TVE-də yayımlanan “Günahsız” verilişinin zarafatına məruz qalıb. Apasport.az saytının məlumatına görə, təcrübəli klub idarəçisi təzəlikcə istismara verilmiş “Vanda Metropolitano” stadionununda qoyunların şokunu yaşayıb.

 

Belə ki, bələdiyyənin qoyunlarını otardığını deyən bir çoban stadionun qabağında yemləməyə icazəsi olduğunu deyərək heyvan sürüsünü stadiona salmağa çalışıb. Bunun qarşısını almaq üçün böyük əziyyət çəkən Serezo çobanı razı sala bilməyib razılaşmalı olub.

 

Qeyd edək ki, “Atletiko” Çempionlar Liqasının qrup mərhələsində çempionumuz “Qarabağ”la eyni qrupda yer almışdı. Sözügedən stadionda keçirilmiş oyun 1:1 hesablı bərabərliklə yekunlaşmışdı.

 

Həmin anların videosunu təqdim edirik.

0