[b]“Beşiktaş” yeni transferini təqdim etdi - FOTOSESSİYA[/b]
03.01.2018 - 13:25
[b]“Beşiktaş” yeni transferini təqdim etdi - FOTOSESSİYA[/b]

Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vidanın “Beşiktaş”a keçidi rəsmiləşib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “qara qartal”la 4,5 illik müqavilə imzalayıb.  

 

Bu isə o deməkdi ki, Vida 2021/2022 mövsümünün sonuna qədər İstanbul klubunun üzvü olacaq.

 

“Beşiktaş”ın futbolçusu kimi ictimaiyyətə təqdim olunan təcrübəli müdafiəçi klubun televiziyasına açıqlama verib. O, yeni komandasında ona bəslənən ümidləri doğrultmağa çalışacağını deyib: “Beşiktaş”ın prezidenti Fikrət Orman mənə görə Zaqrebə gəldi. Onun diqqətini, mənə verdiyi dəyəri gördüm və elə həmin anda qərarımı verdim. “Dinamo” ilə müqaviləmin bitməsini gözləmək məcburiyyətindəydim. Yeni komandamda Pepe, Mitroviç və Toşiçi tanıyıram. Hər biri yüksək səviyyəli futbolçudu. Onlarla birlik nümayiş etdirəcəyik, amma aramızda rəqabət də olacaq. Azarkeşlərimizin nə qədər möhtəşəm olduğunu hava limanındaca anladım. Meydanda əlimdən gələni edəcəm. Əsl mövqeyim mərkəz müdafiəçisi olsa da, Kiyev klubunda müdafiənin cinahlarında da oynadım. “Beşiktaş” üçün bütün gücümü meydanda qoyacam. Hansı mövqedə yer almağımın fərqi yoxdu”.

 

Qeyd edək ki, karyerası ərzində “Osiyek”, “Bayer” və Zaqreb “Dinamo”sunda da oynamış Vidanın son iş yeri Kiyev “Dinamo”su olub.

0