SİZİN REKLAM BURADA

Yığmamızın oyunçusu Türkiyədə bombardir oldu

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, çempionatın XII turu Azərbaycan millisinin oyunçuları üçün fərqli nəticələrlə başa çatıb.

 

Belə ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Bursa BŞB”nı qəbul edib. Gərgin keçən matç İstanbul təmsilçisinin 3:2 (20:25, 23:25, 25:13, 25:13, 15:9) hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın hücumçusu 24 xalla görüşün bombardiri olub.

 

“Seramiksan”da çıxış edən millimizin kapitanı Odina Bayramova isə eynihesabla məğlub olub. “Çanakkale Bld” klubunu qəbul edən komanda hesabda 2 dəfə irəli çıxsa da, sonda cəmi 1 xalla kifayətlənib – 2:3 (26:24, 22:25, 28:26, 20:25, 11:15). Bayramova “Seramiksan”a 15 xal qazandırıb.

 

“Beşiktaş”ın şərəfini qoruyan Marqarita Əzizova “İlbank”la səfər görüşündə meydana çıxmayıb. Onun komandası 3:0 (25:18, 25:15, 25:16) hesabı ilə qalib gəlib.

 

“Beylikdüzü”nun formasını geyinən Yana Kulan isə XII turu xalsız başa vurub. Güclü “Əczaçıbaşı” ilə qarşılaşan komanda 0:3 (18:25, 14:25, 13:26) hesabı ilə uduzub. Hücumçumuz oyunda 9 xal toplamaqla, “Beylikdüzü”nun ən yaxşısı olub.

 

Beləliklə, XII turdan sonra 31 xala malik “Fənərbaxça” 3-cü yerdə qərarlaşıb. 16 xalı olan “Beşiktaş” 6-cı, onlardan 3 xal az toplayan “Beylikdüzü” 9-cudu. Cəmi 11 xal toplayan “Seramiksan” isə 10-cu yerdədi. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10