[b]Baş məşqçi “Azərreyl”i siyahıdan sildi[/b]
09.01.2018 - 12:31
[b]Baş məşqçi “Azərreyl”i siyahıdan sildi[/b]

“Rəqibin oyunda dönüş yaratması çətin görünür. Çünki biz bütün xırdalıqlara hazırlaşmışıq”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Ştiinta” voleybol klubunun baş məşqçisi Florin Qrapa deyib.

 

Təcrübəli mütəxəssis “Çelenc Cup”ın 1/16 final mərhələsində “Azərreyl”lə bu gün keçirəcəkləri cavab oyununu dəyərləndirib. O bildirib ki, ilk görüşdə 3:1 hesablı qələbə komandası üçün əlavə üstünlükdü və heç bir halda “Qızıl set” haqda düşünmürlər: “Meydan sahiblərinin lehinə buraxa biləcəyimiz səhvləri nəzərə alıb, üzərində çalışmışıq. Lakin oyun zamanı belə xətalar buraxsaq da, toparlanıb istədiyimizi əldə edəcəyimizə ümid edirəm. Əminəm ki, birinci oyunda olduğu kimi çıxış edə biləcəyik. Bununla da mərhələ keçməyə nail olacağıq”.

 

Qeyd edək ki, “Azərreyl” – “Ştiinta” oyunu saat 18:00-da başlayacaq. 

0