[b]Kim deyir ki...[/b]
09.01.2018 - 16:15
[b]Kim deyir ki...[/b]

“Dünya çempionatında olduqca çətin qrupda yer almışıq”. Apasport.az saytının məlumatına görə, bunu Cənubi Koreya millisinin voleybolçusu Kim Yeon-Kounq deyib.

 

Yığmasının lideri 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Vaxtı ilə Bakı klublarının maraq dairəsində olan ulduz oyunçu bildirib ki, ABŞ, Trinidad və Tobaqo, Rusiya, Tailand və Azərbaycanla oyunlar Tokio Olimpiadası öncəsi böyük təcrübə olacaq: “Hazırda dünya reytinqində 10-cu yerdəyik. Niyə də yaxın vaxtda 5-ci yerə yüksəlməyək? Açığı, bunu bacarmaq o qədər də çətin olmayacaq. Uğurlarımızı davam etdirsək, bir gün istəyimizə çatacağıq. Dünya çempionatına gəlincə, bu, bizim üçün böyük bir təcrübə olacaq. Olimpiadadan öncə Rusiya və ABŞ kimi güclü ölkələrlə qarşılaşacağıq. Həmçinin Trinidad və Tobaqo, Tailand və Azərbaycanla görüşlər də hansı gücdə olduğumuzu ortaya qoyacaq. Bu səbəbdən də həmin qarşılaşmalara Olimpiya Oyunlarına 1 medal qazanacağımızı xəyal edərək çox yaxşı hazırlaşacağıq”.

 

Qeyd edək ki, Azərbaycan Cənubi Koreya ilə II turda – sentyabrın 30-da oynayacaq. 

0