Doqquz klub AFFA-ya cərimə ödəyəcək
13.05.2008 - 13:27
Doqquz  klub AFFA-ya cərimə ödəyəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 8 klubu futbolçularının aldığı sarı vərəqə ucbatından cərimə ödəyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” və “Gənclərbirliyi” hamıdan çox – 200 manat ziyana düşüb. Bu komandalar oyunçularına son turda 4-cü sarı vərəqə göstərildiyindən 50 manat ödəməli olacaq. “Simurq” 3, “Masallı”, “Karvan”, “Qəbələ” və “İnter” 2 futbolçusuna görə cəriməni AFFA-nın hesabına köçürməlidir. “Xəzər-Lənkəran”la “Turan”ın xərci cəmi 50 manat olub. Ümumilikdə isə 9 klubun 21 futbolçusu bu səbəbdən qurumun büdcəsinə 1050 manat keçirəcək.
Qeyd edək ki, çempionat və kubokun əsasnaməsinə əsasən, mövsüm ərzində ən azı 4-cü dəfə sarı vərəqə alan futbolçu 50 manat cərimə olunur.


0