[b]Badmintonçularımız İranda turnirə qatılacaq[/b]
10.01.2018 - 13:58
[b]Badmintonçularımız İranda turnirə qatılacaq[/b]

Badmintonçularımız fevralın 5-dən 8-nə kimi İranın Zəncan şəhərində keçiriləcək “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcək. Badminton Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız turnirdə 5 badmintonçu ilə təmsil olunacaq.

 

Orxan Qələndərov, Kənan Rzayev, Cahid Əlhəsənov, Səbuhi Hüseynov və Teymur Abbasov turnirin medalları uğrunda mübarizə aparacaq.

 

Ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış şəxsi xarakter daşıyır. Sayca 25-ci dəfə keçiriləcək turnirdə ümumilikdə 20 ölkənin təmsilçilərinin iştirakı gözlənilir.

 

“İran Fəcr Beynəlxalq Çellenc” turniri Beynəlxalq Badminton Federasiyasının mövcud qaydaları əsasında keçiriləcək.

0