[b]500 minlik kapitana Azərbaycan variantı[/b]
11.01.2018 - 10:23
[b]500 minlik kapitana Azərbaycan variantı[/b]

Mali yığmasının yarımmüdafiəçisi Yakuba Silla karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb.

 

Bildirilir ki, “Renn” klubu 28 yaşlı futbolçunu transferə çıxarıb. Son olaraq icarə əsasında “Panatinaikos”da çıxış edən Silla fransızlara lazım deyil. Afrikalı üçün artıq ilk təkliflər gəlib. Belə ki, “Osmanlıspor” (Türkiyə) və “Legiya” (Polşa) Sillanı icarəyə götürmək üçün Liqa 1 təmsilçisinə müraciət edib.

 

Ancaq “Renn” onu birdəfəlik satmaq və bundan 500 min avro qazanc götürmək niyyətindədi. Klub rəhbərliyi hətta futbolçuya bir neçə variant da təklif edib. Belə ki, onlar Sillanın Belçika təmsilçiləri “Eupen”, “Mexelen”, “Brügge”, həmçinin Azərbaycan da daxil olmaqla, bir neçə ekzotik ölkədə çıxış edə biləcəyini bildiriblər.

 

Yarımmüdafiə ilə yanaşı, müdafiənin mərkəzində də oynamağı bacaran Mali millisinin kapitanı rəhbərliyin təklif etdiyi variantları nəzərdən keçirir.

 

Qeyd edək ki, Yakuba Sillanın “Renn”lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

0