SİZİN REKLAM BURADA

“Qarabağ”dan “Keşlə”yə gələn futbolçu: Burda qalacam

“Keşlə” gənc oyunçulardan təşkil olunan çox yaxşı komandadı. Təcrübəli futbolçular onlara lazımı kömək edəcəklər”. Apasport.az saytının məlumatına görə, Avstriyanın Regional Liqasında çıxış edən Vyana “Qarabağ”ından “Keşlə”yə baxışa gələn Nemanya Stoyanoviç deyib.

 

24 yaşlı yarımmüdafiəçi bu gün Bakı təmsilçisinin “Qaradağ-Lökbatan”la yoxlama matçında meydana çıxıb. Oyununu dəyərləndirmək istəməyən Stoyanoviç buna baş məşqçi Yuri Maksimovun qiymət verməsinin vacibliyini vurğulayıb: “Çıxışımla bağlı hələ onunla danışmamışam. Fikirləşirəm ki, çox yaxşı məşqçidi. Bir gün öncə rəhbərliyi altında məşq etmişəm və komandanı da bəyənirəm. Düşünürəm ki, burda qalacam”.

 

Serbiyalı futbolçu hələ müqavilə bağlamadığını da açıqlayıb. Onun sözlərinə görə, bu barədə son qərar klub rəhbərliyi tərəfindən veriləcək: “Üç gündü burdayam. Mənim üçün gözəl təklifdi. Bununla bağlı klub rəhbərliyi ilə ətraflı danışacağıq. Komandanın əvvəllər “İnter” olması barədə də məlumatım var. Hətta ötən mövsüm Avropa Liqasında Serbiya “Mladost”u ilə oyununu da izləmişdim. Yaxşı çıxış etdilər, peşəkar komandadı”.

 

O, Azərbaycan digər klublarından “Qarabağ”ı da tanıdığını və Çempionlar Liqasının qrupunda oynamasından xəbərdar olduğunu deyib.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10