[b]“Rauf Əliyevlə müqavilə bağlamaq istəyirik” - Yuri Maksimov[/b]
11.01.2018 - 15:58
[b]“Rauf Əliyevlə müqavilə bağlamaq istəyirik” -  Yuri Maksimov[/b]

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov “Qaradağ-Lökbatan”la yoxlama matçından sonra jurnalistlərə müsahibə verib. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis komandanın hazırkı durumundan və gələcək planlarından danışıb.

 

- 3:1 hesabı ilə qalib gəldiz. Oyun barədə fikirləriniz necədi?

- Nəticə əhəmiyyət kəsb etmirdi. Bu, toplanışın əvvəlidi. Əsas məqsəd baxışda olan futbolçuları sınamaq idi. Yəni, oyuna o qədər də ciddi yanaşmırdıq.

 

- Azərbaycan Premyer Liqasında debüt edəcəksiz. Çempionatın ikinci yarısı barədə planlarınız nədi?

- Azərbaycan futbolu çox texnikalıdı. Futbolçularınızın bir mənfi xüsusiyyəti var ki, mübarizə aparıb, top almağa həvəsli deyillər. Amma görürəm ki, onlar istəsələr bunu da bacararlar. Daha aqressiv oynamaq lazımdı, gözləri alışıb-yanmalıdı. Düşünürəm ki, iş prosesində bütün bunları qaydasına salacağıq.

 

- Komandanın turnir cədvəlindəki durumu o qədər də yaxşı deyil. “Keşlə” rəhbərliyi qarşınıza hansı məqsədləri qoyub?

- Qarşıma müəyyən məsələ qoyulub. Məsələyə fərqli yanaşıram. Əsas futbolçuların oynamasıdı. Əlimizdəki oyunçulara baxacağıq ki, hansılar bizə kömək edə bilərlər və yenilərini axtaracağıq. Ən əsası odu ki, oyun planında dəyişikliklər olsun. Futbolçular müsbətə dəyişsin və qələbəyə oynasınlar.

 

- Baxışda olan futbolçular barədə nə deyə bilərsiz?

- Bəziləri bizə uyğun gəlir, bəzilərisə yox. Amma indidən bu haqda danışmaq tezdi. Köməkçilərimlə hər gün onları izləyir, baxırıq. Əlimizdə olan maliyyəyə uyğun, müəyyən olunmuş məbləğə futbolçular axtarırıq. Əsas odu hər bir məşqçinin istədiyi kimi, öz oyun sistemimiz olsun. Bəzi mövqelərdə isə yerli oyunçuları düşünürük.

 

- Yığmamızın futbolçusu Rauf Əliyevlə bağlı fikirləriniz necədi?

- Onun haqda çox yaxşı fikirdəyəm. Əliyevin komandadan düzgün ayrılmayıb, çətin vəziyyətdə qoyduğuna görə bir az inciklik var. Amma məsələni həll edəcəyik. Bütün komanda, rəhbərlik onun qayıtmasını istəyir. Raufla müqavilə bağlamaq istəyirik. Lakin o, yarım illik qayıtmaq istəyir. İndi hər şey ondan asılıdı. Biz onu komandada görmək istəyirik.

 

0