[b]“Səbail”dən qolsuz heç-heçə[/b]
11.01.2018 - 18:57
[b]“Səbail”dən qolsuz heç-heçə[/b]

Mövsümün ikinci yarısının hazırlıqlarına Bakıda start verən “Səbail” bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi I divizionda çıxış edən “Sabah”ı sınağa çəkib.

 

Qarşılaşma “Bayıl Arena”da baş tutub. Görüş qolsuz bərabərliklə nəticələnib.

 

Qeyd edək ki, Samir Əliyevin yetirmələri növbəti yoxlama oyununu yanvarın 15-də keçirəcək. Paytaxt futbolçuları I divizion təmsilçisi MOİK-lə üz-üzə gələcək.

0