SİZİN REKLAM BURADA

“Azərbaycan yığması kifayət qədər güclü komandadı” - Spiridon

“Yeni ildən sonra Pavel Georgiyeviçlə görüşdüm və o mənə yığmanı çalışdırmağı təklif etdi. Mən də razılıq verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova yığmasının yeni baş məşqçisi Aleksandr Spiridon deyib.

 

Yanvarın 30-da Antalyada millimizlə yoxlama görüşü keçirəcək Moldova yığması bu gün Spiridona həvalə edilib. Təqdimetmə mərasimindən sonra jurnalistlərin önünə çıxan 57 yaşlı mütəxəssis iddialı danışıb.

 

O, söhbət əsnasında yığmamız barədə də fikirlərini bildirib: “Bu il bizi Millətlər Liqası kimi maraqlı turnir gözləyir. Niyə də Moldova yığması Avropada sürpriz nəticəyə imza atmasın? D divizionunda qrupda düşəcəyimiz digər 3 rəqibdən heç də zəif deyilik. Məqsəd qrup birinciliyi olacaq. Çoxdandı Moldova futbolunu izləmirəm. Bu mənada mənə çalışmaq çox maraqlıdı. Yanvarın 27-də və 30-da bizi Cənubi Koreya və Azərbaycanla yoxlama oyunları gözləyir. Hər ikisi kifayət qədər güclü komandadı. Sabahdan toplanışa başlayırıq, futbolçularla tanış olacam. 3 nəfərdən başqa komandada heç kimi tanımıram. İstəyirəm ki, Moldova yığması heç bir rəqibdən qorxmasın. Yetərincə yaxşı komandamız var”.

 

Spiridon bu ay keçiriləcək yoxlama görüşlərində əsasən Moldova çempionatında çıxış edən oyunçulara şans veriləcəyini söyləyib: “Cənubi Koreya və Azərbaycanla oyun FİFA-nın pəncərəsindən kənardı. Xarici klublarla əlaqə saxlayacağıq. Əgər razılıq versələr, legioner həyatı yaşayan futbolçularımızı heç olmasa bir oyunda yoxlamaq istərdim. Təbii ki, üstünlüyü Moldova çempionatında çıxış edən oyunçular təşkil edəcək”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10