[b]Millimizin Gürcüstanla oyunu baş tutmayacaq[/b]
12.01.2018 - 18:07
[b]Millimizin Gürcüstanla oyunu baş tutmayacaq[/b]

Türkiyədə təlim-məşq toplanışı keçirəcək Azərbaycan millisinin hazırlıq proqramında dəyişiklik baş verib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandasının yoxlama görüşü keçirəcəyi Gürcüstan yığmasının Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv edilib.  

 

Bu səbəbdən fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan oyunu baş tutmayacaq.

 

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FİFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milliləri arasında yoldaşlıq matçı keçirilə bilər.

0