[b]Messinin müqaviləsinin detalları açıqlandı: Fantastik gəlir[/b]
13.01.2018 - 00:39
[b]Messinin müqaviləsinin detalları açıqlandı: Fantastik gəlir[/b]

Lionel Messinin “Barselona” ilə yeni müqaviləsinin detalları açıqlanıb. Apasport.az saytının “Football Leaks”ə istinadən məlumatına görə, argentinalı hücumçu yeni anlaşmaya əsasən, vergilər də daxil olmaqlar, illik 104 milyon avro qazanacaq.

 

Bu, futbol tarixində ən bahalı anlaşmadır. Əgər bütün vergiləri və əlavə xərcləri çıxsaq, Leonun illik net gəliri 50 milyon avrodan bir az aşağı olacaq.

 

Müqayisə üçün deyək ki, Neymar PSJ-də illik “təmiz” 36.8, Teves isə Çin klubu “Şanxay Şenxua”dan 38 milyon dollar gəlir əldə edir.

 

Messinin fikslərlə birlikdə (illik 15% imicindən istifadə haqqı) “Barselona”da qazancı 71 milyon avroya çatır. Əgər argentinalı ulduz 4 illik müqaviləsinin sonuna kimi klubda qalsa, müqavilədəki xüsusi bəndə əsasən, 63.5 milyon abunəlik və 70 milyon sadiqlik bonusu alacaq.

 

Ümumi olaraq bütün xüsusları hesaba qatsaq, Lionel Messi orta hesabla illik 104 milyon avro qazanacaq.

0