[b]Arda Turanın Türkiyəyə qayıdışı rəsmiləşdi[/b]
13.01.2018 - 15:13
[b]Arda Turanın Türkiyəyə qayıdışı rəsmiləşdi[/b]

“Barselona”nın futbolçusu Arda Turanın “Başakşəhər”ə keçidi rəsmiləşib. Apasport.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, 31 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisində icarə əsasında oynayacaq.

 

Türkiyə millisinin futbolçusu yeni komandası ilə 1,5 + 1 il sistemində anlaşmaya imza atıb.

 

Qeyd edək ki, Arda Turan “Barselona”ya 2015-ci ildə “Atletiko”dan keçmişdi. O, vətənində isə “Manisaspor” və “Qalatasaray” klublarında çıxış edib. 

0