[b]Karateçimiz “qızıl” qazandı - FOTO[/b]
13.01.2018 - 18:43
[b]Karateçimiz “qızıl” qazandı - FOTO[/b]

Bakıda “Arpaçay” Karate Klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda artıq bəzi mükafatçılar bəllidir.

 

Azərbaycan təmsilçilərindən 6 yaşlı Mədinə Kazımova turnirin qızıl medalını qazanıb. 25 kq çəki dərəcəsində çıxış edən karateçimiz 3 görüşdə rəqiblərini məğlub edərək, birinciliyə yüksəlib.

 

Qeyd edək ki, Kazımova ötən ay Türkiyənin İstanbul şəhərində keçirilən VI Beynəlxalq “Turkish Open Karate Tournament” turnirində də qızıl medal qazanıb.

0