[b]Pedro Enrikenin xəzinələri[/b]
13.01.2018 - 22:00
[b]Pedro Enrikenin xəzinələri[/b]

Qış fasiləsindən istifadə edən “Qarabağ” Antalyada hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, legionerlərin də qatılması ilə birlikdə komanda tam heyətlə hazırlaşır.

 

Ağır fiziki təmrinlər və taktiki çalışmalarla yanaşı oyunçular istirahətlərindən də qalmırlar. Sosial şəbəkədə aktiv istirahət edən “Qarabağ”lı Pedro Enrike ailəsi ilə birlikdə olduğu fotolarını yayımlayıb.

 

Müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan, icarə əsasında Azərbaycan çempionunun şərəfini qoruyan braziliyalı vətənində çəkilmiş kiçik qızı və həyat yoldaşı ilə birlikdə fotolarını istaqramda paylaşaraq onları “Meus tesouros”, yəni “Xəzinələrim” adlandırıb.

 

Foto Pedronun izləyicilərinin, eyni zamanda həm azərbaycanlı, həm də yunan azarkeşlərin böyük marağına səbəb olub.

 

Qeyd edəki, bu mövsümün əvvəlində “Qarabağ”ın heyətinə cəlb etdiyi oyunçu mövsümün sonuna kimi komandada qalacaq.

 

Hazırki əsas şəkil

0