SİZİN REKLAM BURADA

“Dedilər, bu komandanı udun, yoxsa oynamayacaqsınız”

“Qəbələ”dən ayrılaraq köhnə klubu “Qlazqo Reyncers”ə qayıdan Endi Hallidey növbəti dəfə “qırmızı-qaralar” haqqında danışıb. Apasport.az saytının məlumatına görə, “scotsman.com” portalına açıqlamalar verən yarımmüdafiəçi bu qərarının çox səhv seçim olduğunu bildirib.

 

O, ehtiyatda qalmasının əsas səbəbinin legioner limiti olduğunu deyib: “Orda xarici oyunçular yerlilərdən 2 dəfə çox idi. Mənimlə birlikdə 12 əcnəbi futbolçu vardı. Amma hansısa limitin olduğundan xəbərsiz idim. Komandaya qoşulduqdan 5 gün sonra öyrəndim ki, ölkə çempionatında eyni vaxtda sadəcə 5 xarici futbolçu oynaya bilər (əslində 6 – red.). Avropa Liqasında “Panatinaikos”la cavab oyunundan qabaq əcnəbi oyunçuları yığıb dedilər ki, ya bu komandanı udun, ya da oynamayacaqsınız. Onda bunun nə demək olduğunu anlamamışdım. Komanda bazada qalmırdı, məcbur özün yemək bişirməli idin. Mən isə yaxşı aşpaz deyiləm. Bir sözlə, bu, mənim səhvim idi. Gərək ora getməmişdən bütün bunları araşdırıb öyrənərdim”.

 

Qeyd edək ki, 2015-ci ildən “Reyncers”in oyunçusu olan Hallidey “Qəbələ” ilə birmövsümlük icarə müqaviləsi imzalasa da, ilk dövrə bitən kimi komandadan ayrıldı.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10