[b]Yuri Maksimov baxışda olan oyunçulardan danışdı[/b]
14.01.2018 - 17:15
[b]Yuri Maksimov baxışda olan oyunçulardan danışdı[/b]

“Bu cür yoxlama oyunlarında əsas fiziki və taktiki hazırlıqları yoxlamaqdı, hesab o qədər də önəmli deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

 

Dövrələrarası fasilədə hazırlıqları davam etdirən komanda “Neftçi” ilə yoxlama oyununda üz-üzə gəlib. Görüş Maksimovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçdan sonra müxbirimizə qısa açıqlama verən ukraynalı çalışdırıcı komandada qalacaq oyunçularla bağlı da danışıb: “Artıq Herve Tçami ilə anlaşmışıq. Baxışda olan digər futbolçular haqqında isə hələ qərar verməmişik. Qarşıda “Zirə” ilə bir yoxlama oyunu yenə var, ondan sonra yekun qərar verəcəyik”.

0