[b]Yığmamız “Neftçi”yə uduzdu[/b]
15.01.2018 - 00:47
[b]Yığmamız “Neftçi”yə uduzdu[/b]

Çempionatın ikinci hissəsinə hazırlığı davam etdirən "Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, əvəzedicilər “Dalğa Arena”da U-19 milli komandası ilə qarşılaşıblar.

 

“Neftçi”nin 1:0 hesablı qələbəsi ilə nəticələnən görüşdə yeganə qolu Tural Əliyev vurub.

 

Qeyd edək ki, əvəzedicilər yanvarın 21-də "Səbail”in U-19, 24-də "Keşlə”nin əvəzediciləri, 28-də isə "Neftçi”nin U-19 komandası ilə hazırlıq matçları nəzərdə tutulub. Yanvarın 30-da planlaşdırılan yoxlama görüşü haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.

0