[b]Millimizin üzvü “Bursaspor”a təklif olundu [/b]
15.01.2018 - 09:47
[b]Millimizin üzvü “Bursaspor”a təklif olundu [/b]

“Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərov karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı qonşu ölkə mətbuatı yayıb.

 

Bildirilir ki, cinah oyunçusu axtarışında olan “Bursaspor”a təklif olunan futbolçulardan biri də məhz gənc oyunçudu. Belə ki, menecerlər Cəfərovu “Bursaspor”a təklif ediblər. Bursalıların diqqətini çəkən əsas məqam gənclər millimizin üzvünün hər iki cinahda oynamaq iqtidarında olmasıdı.

 

Qeyd edək ki, “Bursaspor” qış fasiləsində Azərbaycan millisinə çağırılan Dəniz Yılmaz və Ozan Can Kökcü ilə yollarını ayırıb.

0