SİZİN REKLAM BURADA

“Qarabağ” CAR-dan hücumçu gətirir?

CAR-ın "Mamelodi Sandaunz" klubunun hücumçusu Xama Billiat karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvardın xidmətində “Qarabağ” maraqlıdı.

 

Billiat hazırkı klubu ilə iyuna qədər olan müqavilə müddətini yeniləməkdən imtina edib. Yerli KİV bunu zimbabveli futbolçunun karyerasını Avropada davam etdirmək istəyi ilə əlaqələndirib.

 

Məlumatda bildirilir ki, Azərbaycan çempionu ona ayda 500 min CAR randı (69 min manat) verməyə hazırdı. Zimbabve yığmasının üzvünün transfer qiyməti 2,5 milyon ABŞ dolları dəyərində göstərilir. 

 

Qeyd edək ki, Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinir. O, 2011-ci ildən dəvət aldığı Zimbabve millisinin heyətində 26 matçda 7 qol vurub. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 31

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10