[b]“Neftçi”nin müdafiəçisi Xorvatiyada komanda axtarır[/b]
15.01.2018 - 10:30
[b]“Neftçi”nin müdafiəçisi Xorvatiyada komanda axtarır[/b]

“Neftçi”nin müdafiəçisi Mateo Mujekin komandadakı taleyinə hələ də aydınlıq gəlməyib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı müdafiəçi “ağ-qaralar”ın məşqində iştirak etmir.

 

Mujek istirahətə buraxıldıqdan sonra Azərbaycana qayıtmayıb. Baş məşqçi Tərlan Əhmədova lazım olmayan xorvatiyalı oyunçu hazırda ölkəsindədi. Özünə yeni komanda axtaran Mujekin istəyi baş tutsa, o, qış “transfer pəncərəsi”ndə “Neftçi”dən ayrılan futbolçulardan biri olacaq.

 

Mujeklə yanaşı, Daniel Seqovianın da gələcək aqibəti müəyyənləşməyib. İspan hücumçu Bakıda olsa da, əsas komanda ilə məşqlərdə iştirak etmir. Əvəzedici heyətə göndərilən Seqovia ilə müqaviləsinə xitam verilməsi üçün danışıqlar aparılır.  

0