[b]Atlet yarış zamanı hakimi öldürdü[/b]
15.01.2018 - 11:20
[b]Atlet yarış zamanı hakimi öldürdü[/b]

Çexiyada atletika üzrə yarış zamanı bədbəxt hadisə baş verib. Apasport.az saytının məlumatına görə, nüvə atma yarışları hakimlərdən birinin faciəvi ölümü ilə nəticələnib.

 

Praqanın idman komplekslərinin birində baş tutan turnir zamanı idmançılardan biri nüvəni uğursuz şəkildə atıb. 6 kq-lıq “mərmi” atletin bir neçə metrliyində olan referinin sinəsinə dəyib. Nəticədə hakim dünyasını dəyişib.

 

Hadisə idman yarışında baş verdiyindən “qəhrəman”a hansısa cinayət işi açılmayacaq. 

Метатель ядраМетатель ядра

0