[b]“Oynadığım liqanın səviyyəsi puldan önəmlidi” – Qabriel Matey[/b]
15.01.2018 - 12:25
[b]“Oynadığım liqanın səviyyəsi puldan önəmlidi” – Qabriel Matey[/b]

“Polşanın “Qurnik Lençna” klubundan ayrılandan sonra özümə tələsik komanda tapmaq istəyirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Termalika” klubunun futbolçusu Qabriel Matey deyib.

 

Qış fasiləsində “Zirə”dən ayrılan rumıniyalı yarımmüdafiəçi qısa fasilədən sonra yenidən Polşa çempionatında çıxış edəcək. O, ölkəmizə gələrkən tələsik qərar verdiyini etiraf edib: “Bu üzdən də “Zirə” ilə müqavilə imzaladım. Ardınca Polşa klublarından da təkliflər gəlməyə başladı. Amma artıq çox gec idi”.

 

Azərbaycan Premyer Liqasının səviyyəsindən narazı qalan Matey daha güclü çempionatda oynamaq istəyini gerçəkləşdirdiyini bildirib:  "Azərbaycan çempionatında daim oynayırdım və Avropa Liqasının təsnifat mərhələsində də şans qazandım. Amma Azərbaycanda çempionatın səviyyəsi Polşadakından aşağıdı. Ona görə də “Termalika”dən təklif almağımdan məmnun oldum. Çünki yenidən Polşanın yüksək liqasına qayıtmaq imkanım yarandı. Mənim üçün oynadığım liqanın səviyyəsi puldan önəmlidi”.

 

Qeyd edək ki, Qabriel ötən ilin yayında keçdiyi “Zirə”nin heyətində 10 çempionat matçında iştirak edib.

0