[b]“Neftçi”dən ayrılmaq çox çətin idi” – Uqo Barqas[/b]
15.01.2018 - 15:33
[b]“Neftçi”dən ayrılmaq çox çətin idi” – Uqo Barqas[/b]

“Bluminq”ə böyük sevinc hissi ilə qayıdıram. Bu komandada 3-cü mövsümümü keçirəcəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Uqo Barqas deyib.

 

Qış fasiləsində Boliviyanın “Bluminq” klubuna keçən fransalı futbolçu Bakı klubunu dəyişməsindən danışıb: “Son bir ili ayda çıxış etdiyim “Neftçi”dən ayrılmaq çox çətin idi. Bu komanda ilə ilk müqaviləm 1 illik idi. Yeni baş məşqçi gələndən sonra daha yarım illik anlaşma imzaladıq. Lakin “Bluminq”ə dönmək variantı yarananda mən bu təklifi qəbul etməkdə istəkli idim. Belə vəziyyətdə “Neftçi” ilə razılıq əldə edə bildik. Bunun üçün çox xoşbəxtəm. İllər keçdikcə daha təcrübəli oluram və özünəinamım artır. Bu da komandama daha çox fayda verməyimə yetərli olacaq”.

 

 

0