[b]AS: Ronaldo “Mançester Yunayted”ə qayıdır[/b]
15.01.2018 - 15:45
[b]AS: Ronaldo “Mançester Yunayted”ə qayıdır[/b]

“Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldo komandasını dəyişmək niyyətindədi. Apasport.az saytı AS nəşrinə xəbər verir ki, 33 yaşlı hücumçu “Mançester Yunayted”ə qayıtmaq istəyir.

 

Ronaldo Madrid klubunun prezidenti Florentino Peresdən inciyib. O, “Real”ın rəhbərinin verdiyi sözə əməl etmədiyini düşünür. Kriştianu daha sərfəli şərtlərə malik müqavilə bağlamaq istəsə də, bu arzusu gerçəkləşmir. Portuqaliya yığmasının üzvünü hazırkı sözləşməsi qane etmir. O, Lionel Messi və Neymardan az qazanmasından narazıdı.

 

“Mançester Yunayted”lə yanaşı, PSJ-nin də Ronaldonun xidmətində maraqlı olduğu bildirilir.

 

Qeyd edək ki, Kriştianu Ronaldo 2009-cu ildə “Real”a məhz “Mançester Yunayted”dən keçib. Həmin vaxt bu transfer “mankunianlar”a 94 milyon avro qazandırıb.

0