[b]Yığmamızın rəqibi yekun heyəti açıqladı[/b]
15.01.2018 - 18:01
[b]Yığmamızın rəqibi yekun heyəti açıqladı[/b]

Azərbaycan milli komandasının AVRO-2018-in final mərhələsində rəqibi olan futzal üzrə İspaniya yığmasının yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Xose Venansio Lopes yanvarın 30-da start götürəcək yarışın hazırlıqlarına 15 futzalçı ilə davam edəcək.

 

D qrupunda Azərbaycan və Fransa ilə qarşılaşacaq pireneylilər Sloveniyadakı turnir üçün yekun heyəti artıq UEFA-ya təqdim ediblər. 10 oyunçudan imtina edən Lopesin siyahısında 3 qapıçı, 3 müdafiəçi və 9 hücumçu yer alıb.

 

Qeyd edək ki, qrup mərhələsinin son turunda keçiriləcək İspaniya - Azərbaycan oyunu fevralın 4-də baş tutacaq.

 

Qapıçılar: Xesus Errero, Pako Sedano, Karlos Barron

Müdafiəçilər: Rafael Qarsiya Bebe, Mark Tolro, Karlos Ortis

Hücumçular: Adrian Alonso “Pola”, Adolfo Fernandes, Xoselito Fernandes, Serxio Lozano, Migel Sayaqo “Migelin”, Anxel Velasko “Lin”, Fransisko Xavyer Solano, Aleks Yepes, Rafa Usin

0