SİZİN REKLAM BURADA

Tarık Elyunussi üçün yeni təklif

Tarık Elyunussinin “Qarabağ”dan ayrılması demək olar ki, dəqiqləşib. Apasport.az saytının İsveç mətbuatına istinadən məlumatına görə, bu ölkənin AİK klubu norveçli oyunçunun keçidində israr edir.

 

Belə ki, mövsümün sonuna kimi “Qarabağ”la icarə müqaviləsi olan hücumameyilli yarımmüdafiəçi burada heyətə düşə bilmədiyi üçün getmək istəyir. AİK futbolçunu almaq istəsə də, Elyunussinin transfer hüququna sahib olan “Olimpiakos” onu birdəfəlik satmaqda maraqlı deyil.

 

Belə olan halda AİK Yunanıstan təmsilçisi üçün yeni təklif hazırlayıb. Onlar Elyunussinin “Qarabağ”la qalan müqaviləsinin ləğv edilməsini və növbəti 6 ayı icarə əsasında İsveçə köçməsini təklif edirlər. Yayda isə tərəflər yenidən danışıqlar masası arxasına oturacaqlar.

 

İsveçli həmkarlarımız iddia edirlər ki, “Olimpiakos” bu təklifə isti yanaşır, amma məsələdə üçüncü tərəf olan “Qarabağ” hələlik heç bir rəsmi açıqlama verməyib.

 

Qeyd edək ki, Tarik Elyunussi cari mövsümdə “Qarabağ”ın heyətində 8 oyunda (4 çempionat, 1 kuboku, 3 Çempionlar Liqası) meydana çıxıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 34

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10